.

Главная » 2009 » Апрель » 10

Kanadalı alimlərin apardığı araşdırmaya görə, bir çox dərmanların meyvə şirələri ilə (portağal, qreypfrut, alma və s.) qəbul edilməsi onların təsirini azaldır, bəzi hallarda isə bu, müəyyən təhlükələr doğura bilər. Belə ki, tədqiqatın nəticələrinə görə, bəzi dərmanların qreypfrut, alma və ya portağal şirəsi ilə içilməsi insanın zəhərlənməsinə gətirib çıxarır. 

Kanadalı tədqiqatçıların həyata keçirdikləri təcrübənin nəticələri "Amerika Kimya Dərnəyi"nin Filadelfiyada keçirilmiş konfransında elmi ictimaiyyətin diqqətinə təqdim olundu. Tədqiqat işində meyvə şirələri ilə qəbul edilən xərçəng əleyhinə preparatların, ürək-damar, təzyiq dərmanlarının və bəzi antibiotiklərin təsirinin ciddi şəkildə azaldığı vurğulandı. 
Kanadanın Qərbi Ontario Universitetindən David Bailey və həmkarları əvvəlcə meyvə sularının təsirini allergiyaya qarşı dərmanlardan istifadə ... Читать дальше »
Просмотров: 864 | Добавил: Biotin | Дата: 10.04.2009 | Комментарии (0)