.

Главная » 2008 » Октябрь » 8 » TİBB İŞÇİLƏRİNƏ İXTİSAS DƏRƏCƏSİNİN VERİLMƏSİ QAYDALARI İLƏ BURADA TANIŞ OLA BİLƏRSİNİZ
TİBB İŞÇİLƏRİNƏ İXTİSAS DƏRƏCƏSİNİN VERİLMƏSİ QAYDALARI İLƏ BURADA TANIŞ OLA BİLƏRSİNİZ
18:27
ELAN

2008-ci ilin noyabr ayında həkimlərə terapiya, pediatriya, təcili və təxirəsalınmaz tibbi yardım, cərrahiyyə və mamalıq-ginekologiya ixtisasları üzrə ixtisas dərəcəsinin verilməsi keçiriləcək. Bununla bağlı aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

• ixtisas təhsili barədə sənədlərin (ali təhsil, internatura, ordinatura, ixtisaslaşma, təkmilləşmə kursları və s. keçmək barədə diplomlar, vəsiqələr, şəhadətnamələr) surətləri;

• işlədiyi tibb müəssisəsinin rəhbərliyi tərəfindən təqdimat;

• şəxsiyyət vəsiqəsinin surəti;

• əmək kitabçasının surəti;

• 2 fotoşəkil (3 x 4).

Təqdim olunan sənədlər rəhbərlik tərəfindən təsdiq olunmalıdır.

Tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi könüllülük prinsipi əsasında keçirilir.

Sənədlər 01.10.2008-31.10.2008-ci il tarixinə kimi həftənin II və IV günləri saat 14.00-17.00-dək Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinə təqdim olunmalıdır.

Ünvan: Kiçik Dəniz küç. 4.
Əlavə məlumat üçün telefon: 493-82-61.

İxtisas dərəcəsi verilməsi üçün istifadə olunacaq test suallarını və ədəbiyyat siyahısını aşağıdakı səhifələrdən əldə edə bilərsiniz.
 
Просмотров: 1247 | Добавил: Biotin | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]